Ötən gün 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edlib
24 May 2021 15:14 SosialAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. "Olaylar" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edlib, bağlı qapı arxasında aşkar edilmiş Məmmədova Mələk Xeyrulla qızının meyiti, həmçinin beşmərtəbəli binanın damında tapılmış Əliyev Ruslan Rafiq oğlunun meyiti xilasetmə qüvvələri tərəfindən götürülərək aidiyyəti üzrə təhvil verilib.