Şahin Seyidzadə Abşeron rayonu Qobustan kəndində qəbul keçirib
19 May 2021 15:43 SosialAzərbaycan Respublikası Milli Məclisinin deputatı 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadə Abşeron rayonunun Qobustan kəndi və Perekeşkül qəsəbə sakinləri ilə ifərdi qəbul keçirib. "Olaylar" xəbər verir ki, millət vəkili fərdiy vətəndaş qəbulu haqqında öz sosial şəbəkə hesabında paylaşım edib: "May ayının 18-də Milli Məclisdə təmsil etdiyim 50 saylı Abşeron-Qobustan seçki dairəsinə Abşeron rayonu üzrə daxil olan Qobustan kənd və Pirəkeşkül (keçmiş Çaylı) qəsəbə sakinləri ilə fərdi qaydada qəbul həyata keçirilib. 13 vətəndaşın iştirak etdiyi qəbulda içməli su, elektrik təminatı, rabitə, nəqliyyatvə sosial təminat mövzuları ətrafında müraciətlər səsləndirilib".
Qeyd edək ki, deputat Şahin Seyidzadə ötən ay ərzində Qobustan rayonunun Heydər Əliyev Mərkəzində və Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində fərdi qaydada səyyar qəbullar keçirib.
![]()
![]()
![]()