Sakit Nuruşovun öldürülməsi ilə bağlı cinayət işi məhkəməyə göndərilib

10.12.2020-ci il tarixdə Sabirabad rayon sakini Sakit Nuruşovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır. Baş Prokurorluqdan "Olaylar"a bildirilib ki, istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin qonşusu İftixar Muradov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atasının gözləri qarşısında çoxsaylı xəsarətlər yetirərək Sakit Nuruşovu qəsdən öldürmüşdür. İftixar Muradov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31