Daha bir “Qaynar xətt” fəaliyyətə başlayıb
19 May 2021 12:56 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin korrupsiya ilə mübarizə işləri çərçivəsində "Qaynar xətt"i (012 525 55 45 (Daxili nömrə - 1) fəaliyyətə başlayıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, yeni "Qaynar xətt"in yaradılması Xidmətdə ötən ildən başlayan "İSO 37001 standartının (anti-korrupsiya siyasəti və korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi) tətbiqi çərçivəsində növbəti addımdır.Vətəndaşlar Xidmətin əməkdaşlarına aid hər hansı korrupsiya hüquqpozmaları ilə rastlaşdıqları halda bu barədə iş saatları ərzində (09:30-18:30) həmin "Qaynar xətt"ə, həmçinin [email protected] ünvanına müraciət edə bilərlər. Daxil olan bütün müraciətlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə hərtərəfli, tam və obyektiv araşdırılacaq. Müraciətlər üzrə görülmüş tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.