Bakıda Tesla parkında özünü asan gəncin intiharı ilə bağlı TƏFƏRRÜAT - VİDEO
19 May 2021 12:33 SosialBakıda parkdakı Nikola Tesla heykəlinin yanında özünü asan 27 yaşlı Mirəziz Əlizadənin intihar səbəbi bəlli olub.
Olaylar.az-ın Xəzər TV-nin məlumatına görə, Xırdalan şəhərində qeydiyyatda olan 1994-cü il təvəllüdlü M.Əlizadə bir müddət Nərimanov rayonunda kirayədə yaşayıb.
İntihardan saat 11:00 radələrində parka gələn sakinlər xəbər tutublar. Daha sonra təcili tibbi yardıma və polis bölməsinə xəbər verilib.
Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, intihar edən şəxs 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında qeydiyyatda olub. Mərhumun narkoloji asılılığının olduğu da deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31