Çay evi külə dönüb
19 May 2021 11:31 SosialFüzuli rayonunda çay evində yanğın olub. Bu barədə "Olaylar"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayonunun Kərimbəyli kəndində ümumi sahəsi 90 m² olan çay evi kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 50 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31