Koronavirusu simptomsuz keçirdiyinizi düşünürsünüzsə, dırnaqlarınıza baxın! - Alimlərdən təəccübləndirən AÇIQLAMA

COVİD-19-un yeni əlaməti müəyyən edilib.

Olaylar.az bildirir ki, İngiltərədə aparılan son araşdırmalara əsasən, dırnaqlar üzərində görünən qəribə xətlər koronavirusun əlaməti ola bilər. Tədqiqatçıların sözlərinə görə, bu əlamətin olduğu şəxslərin daha əvvəl xəstəlik keçirmə ehtimalı var.

"Popular Science"də yayımlanan xəbərə görə, bəzi şəxslər koronavirusu heç bir simptom olmadan keçirsə də, son araşdırma bu fikri alt-üst edib. Qeyd edilib ki, sözügedən əlamət həmçinin digər xəstəliklərdən də xəbər verir. Belə ki, dırnaqdakı xətlər hipertoniya, epilepsiya, ekzema, düzgün qidalanmama və s. səbəbindən yaranan bir çox infeksiyaların göstəricisi də ola bilər.

Mütəxəssislər eyni zamanda bildirib ki, bu əlamət koronavirusu müəyyən etmək üçün kifayət deyil və insanlar mütləq antikor testi verməlidirlər. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31