Gecə vaxtı taksidə ŞOK OLAY: Qadını "Qurd Qapısı"na aparıb..

Bakıda taksi sürücüsü müştərisi olan qadına əxlaqsızlıq təklif edib.

Olaylar.az xəbər verir ki, bu barədə qadının özü sosial şəbəkədə məlumat paylaşıb. Xanım metronun "20 Yanvar" stansiyasının yaxınlığında taksiyə əyləşib:

"Məni və qoca kişini müştəri kimi, götürdü. Və qeyd etdi ki, kişini "Şamaxinka"da düşürüb geri qaydacaq, yerinə başqa adamlar yığıb və yoluna davam edəcək. "Şamaxinka"da kişi maşından düşdü və ikimiz qaldıq. "İnşaatçılar"dan xüsusi sifarişlə müştəri götürəcəyini dedi. Məni "Qurd Qapısı" adlanan əraziyə apardı və içi dolu çanta götürüb qoydu baqaja, maşına isə heç kəs minmədi. Təşvişə düşdüm, hara gedəcəyimizi soruşdum. Anamdan zəng gəlirdi, gecə olduğundan yolları ayrıd edə bilmirdim. Suallar verməyə başladı, bir də baxdım ki, maksimum sürətlə "Sədərək" yolundayıq. O, mənə əxlaqslız təklif edirdi. Həm də məni şantaj edirdi. Anama zəng edib, polisə məlumat verməsi üçün qışqırdım. Ancaq heç bir şey bu əclafa təsir etmədi. Səylərim nəticəsində heç bir şey olmadan məni metronun "20 Yanvar" stansiyasında düşürdü".

 

Qadının sözlərinə görə, hadisə barədə polis əməkdaşlarına müraciət edib, faktla bağlı araşdırma aparılır:

metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31