122 kiloqram heroin gətirənlər sərhəddə saxlanılıb

Sərhəddən 122 kiloqram heroin keçirilməsi cəhdinin qarşısı alınıb."Olaylar"ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial şəbəkədə yazıb. S.Mehdiyev deyib: "Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə gömrük orqanlarının səmərəli fəaliyyətinin daha bir uğurlu nəticəsi. Əməliyyatçılarımızın peşəkarlığı nəticəsində 122 kiloqramdan artıq narkotik vasitə-heroinin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alındı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31