Bitərəf deputatlar MSK-ya namizədlərini seçdilər

Milli Məclisin bitərəf deputatlarının iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclasda Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq 6 namizədini müəyyənləşdirilib. Bitərəf deputatlar aşağıdakı şəxsləri MSK-ya namizəd kimi təqdim ediblər.

Arifə Muxtarova

Qabil Orucov

Fuad Cavadov

Nizami Nadirxanlı

İlham Məmmədov

Nailə Əsgərova

VI çağırış Milli Məclisdə 45 bitərəf deputat təmsil olunur. Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir. 2020-ci ilin fevralında ölkə parlamentinə növbədənkənar seçkilər keçirilib. Lakin son seçkilərdən sonra MSK-nın tərkibi yenilənməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31