Oruclu şəxslərin tez-tez şikayətləndiyi mədə yanmasının səbəbləri

Hazırda müsaəlmanların Ramazan bayramı davam edir. Oruc tutan şəxslər tez-tez müxtəlif problemlərlə  qarşılaşırlar. Belə ki,  bu problemlərdən biri də mədə yanmasıdır. Çoxlarımız bunun səbəbini bilmirik.

Hazırda müsəlmanların Ramazan  ayı  davam edir. Oruc tutan şəxslər tez-tez müxtəlif problemlərlə  qarşılaşırlar. Bu problemlərdən biri də mədə yanmasıdır. Çoxlarımız bunun səbəbini bilmirik.

Qastroenteroloq-hepatoloq, endoskopist dr. Fərrux Nağıyev bununla bağlı "Olaylar.az"a danışdı. Onun sözlərinə  görə, iftar sonrası həvəslə qəbul edilən şirniyyatlar uzun müddət mədə pozğunluğu, mədə yanması, reflyuks problemi ortaya çıxarır. Eyni zamanda, qızartma, xəmir yeməkləri, həddən artıq şəkər və yağ tələb edən qidalar, şokolad, qazlı içkilərdən uzaq durmağa çalışmaq lazımdır.

Qastroenteroloqun bir sıra məsləhətlər də verdi:

  • Adətən döş sümüyü arxasında yanğı hissi və yanmanın qida borusu boyu yuxarıya doğru yayılması mədə qıcqırması adlanır.
  • Mədədə doluluq hissi, ağızda acılıq və ya turş dad hiss oluna bilər. Xəstə əyiləndə və ya uzananda döş sümüyü arxasında yanma hissi artır.
  • Döş sümüyü arxasında yanmaya səbəb mədə möhtəviyyatının qida borusuna atılmasıdır. Aqressiv mədə şirəsi qida borusunun divarlarını qıcıqlandırır və dözülməz yanma hissi yaradır.
  • Mədə qıcqırması daha çox qidalanmanın pozulması, xüsusən də quru qidaların ayaqüstü yeyilməsi, qəhvə və tünd çaydan həddən artıq istifadə nəticəsində əmələ gəlir. Bir sıra hallarda qarındaxili təzyiqin artması da eyni klinik mənzərə yaradır. Daha çox hamiləlik, kəmərin çox sıx bağlanması və ağır əşyaların mütəmadi qaldırılması zamanı belə hallar baş verir. Mədə qıcqırması diafraqma yırtığı zamanı da aparıcı əlamətlərdən biri olur.

Qıcqırma təkcə döş sümüyü arxasında əmələ gələn və xəstəni narahat edən xoşagəlməz hiss deyil. Həzm şirələrinin daimi olaraq qida borusuna düşməsi onun aşağı hissəsində eroziya, xora, ağır hallarda isə hətta qida borusu xərçənginin inkişafına səbəb olur.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31