YAP Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovla bağlı sosial şəbəkələrdə qeyri-əxlaqi görüntülər yayılıb.
Həmin görüntülər qısa zamanda geniş müzakirələrə səbəb olub.
Teleqraf.com-un əməkdaşı görüntülərlə bağlı Hüseynbala Mirələmovun özü ilə əlaqə yaratmaq istəsə də, cəhdlər uğursuz alınıb.
Amma H.Mirələmovun köməkçisi Mayıl Kərimov saytımıza açıqlamasında video-görüntülərə baxmadığını bildirib: "Baxmamışam, yalan, montaj olar".
Qeyd edək ki, Hüseynbala Mirələmov özü isə onunla əlaqə saxlayan jurnalistə bildirmişdi ki, yayılan görüntülərdən xəbəri yoxdur.