Evdən 48 min oğurlayan xadimə saxlanıb
21 Aprel 2021 14:10 SosialBakıda mənzildən oğurluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon ərazisindəki evlərin birindən 23 000 manat və 15 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Quliyeva saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31