Nazirliyin e-xidmətlərinə üç ayda 3,5 milyon müraciət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 2021-ci ilin birinci rübü ərzində 3,5 milyon müraciət qeydə alınıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, hazırda 103 xidmət e-platforma üzərindən göstərilir. Bu il ərzində qurumun fəaliyyət sahələri üzrə daha 50 xidmətin elektronlaşdırılması nəzərdə tutulur. Nəticədə Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi bu ilin sonuna  90%-ə çatacaq. Eyni zamanda, "Virtual DOST mərkəzi" platformasının hazırlanması işləri də aparılır. Həmin e-platforma ölkəmizin istənilən yerində olan şəxsə hər hansı DOST mərkəzinə getmədən mobil aplikasiyalar vasitəsilə DOST xidmətlərindən faydalanmaq üçün müraciət imkanı yaradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31