5 ay əvvəl şəhid olan əsgərimiz dəfn edilib - FOTO

Vətən müharibəsində 5 ay əvvəl Şuşanın Daşaltı kəndində şəhid olan Hacıqabul rayonu Muğan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Kərimli Qalası Müslüm oğlu bu gün dəfn edilib.

Olaylar.az APA-ya istinadən bildirir ki, şəhid kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid əsgər Qalası Kərimli ötən il noyabrın 2-də Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. 5 ay axtarışlardan sonra onun nəşi Şuşanın Daşaltı kəndində tapılaraq yaxınlarına verilib.  

Qalası Kərimli Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Məqaləyə dair fotomateriallar:

​​​​​​​

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31