Qadın "Facebook"da təsadüfən ustalara erotik şəkillərini göndərdi - FOTO

İngiltərənin Bakingemşir qraflığında yaşayan 52 yaşlı Rozanna Doc təsadüfən üç ustaya erotik şəkillərini göndərib.

Qadın "Facebook"da təsadüfən ustalara erotik şəkillərini göndərdi - FOTO

Belə ki, mətbəxini təmir etmək üçün usta çağırmaq qərarına gələn Rozanna yuxudan oyanan kimi, çılpaq halda evin tavanının fotolarını çəkib və divardan güzgü asıldığını nəzərə almadan, çəkdiyi şəkilləri dərhal ustalara göndərib.

O, fotoları göndərdikdən sonra da heç bir qəribəlik hiss etməyib, lakin ustalardan biri Rozannaya göndərdiklərinə yenidən göz gəzdirməyi məsləhət gördükdə, qadın şoka düşüb. Usta "qeyri-peşəkar yanaşma" səbəbi ilə və fotoların namünasib şəkildə göndərildiyi üçün işdən imtina etdiyini əlavə edib.

Doc utandığından nə edəcəyini bilməyib. Bilərəkdən etmədiyini yazıb üzr istəsə də, cavab almayıb.

İkinci usta onun mesajına ümumiyyətlə reaksiya verməyib.

Üçüncü ustanın səhifəsini isə onun sevgilisi idarə edib. Qadın qızdan üzr istəyib və vəziyyəti izah edib. Qız isə olanları gülüşlə qarşılayıb, fotoları silib və sevgilisinə sifarişi çatdırıb.

Qadın "Facebook"da təsadüfən ustalara erotik şəkillərini göndərdi - FOTOQadın "Facebook"da təsadüfən ustalara erotik şəkillərini göndərdi - FOTOQadın "Facebook"da təsadüfən ustalara erotik şəkillərini göndərdi - FOTO

big.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31