Axtarışda olan 23 nəfər saxlanıb
20 Aprel 2021 14:40 SosialRespublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 25 cinayətin üstü "isti izlər"lə açılmışdır. DİN-dən "OLaylar"a bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur. Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31