Həbsdə olan Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - Foto
20 Aprel 2021 13:58 SosialHəbs olunan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı mənzildən çıxarılıb.
V.Hacıyevin ailəsinin əşyaları İmişli şəkər zavodundakı həyətdə tikilmiş yataqxanada olan mənzildən daşınıb. Sabiq başçının çalışdığı dönəmdə yaşadığı mənzil təhvil alınıb.
Xəbəri İmişli Şəkər Zavodundan Unikal.org-a təsdiqləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31