Tanınmış şəxs dövlət qurumunda yüksək vəzifəyə TƏYİN EDİLDİ
20 Aprel 2021 13:24 Sosial"Qurd" ləqəbi ilə tanınan məşhur reper Fərid Eminova Bakı Nəqliyyat Agentliyində vəzifə verilib.
Olaylar.az Azadinfo.az saytına istinadən xəbər verir ki, bu barədə BNA-dan məlumatı təsdiqləyiblər.
Bildirilib ki, Fərid Eminov BNA-da Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə baş mühəndis vəzifəsində çalışır: "Hər bir əməkdaş kimi Fərid bəylə də işə qəbul zamanı müvafiq müsahibə aparılıb. Onun çalışdığı sahə üzrə bilik və bacarıqları müvafiq qaydada yoxlanılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31