Lənkəranda marketdə istehlak üçün yararsız qida məhsulları aşkarlanıb
20 Aprel 2021 13:09 SosialAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lənkəran rayonu, Liman şəhəri, T. Bağırov küçəsi, ev 16 ünvanında yerləşən, fiziki şəxs Ələkbərova Ülviyyə Ağaverdi qızına məxsus "Pibon" marketdə yoxlama keçirilib.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı marketdə istifadə müddəti bitmiş pendir, şor, üzüm qurusu, noğul və nabat məhsulu aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, məhsullar satışdan çıxarılıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31