Daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO
20 Aprel 2021 11:06 SosialVətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi müəyyən edilib.
Olaylar.az baku.ws-ə istinadən bildirir ki, 2 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə itkin düşən Kərimli Qalası Müslüm oğlunun şəhidlik zirvəsinə ucaldığı məlum olub.
Məlumat üçün bildirək ki, şəhidimiz 2000-ci ildə Hacıqabul rayonu Muğan qəsəbəsində doğulub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Kərimli Qalası Müslüm oğlu "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Məqaləyə dair fotomateriallar:



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31