Ekspres test hazırlandı - Peyvənddən sonra anticisimləri müəyyənləşdirəcək

Rusiyanın "Rapid BİO" şirkəti "Avivir" əczaçılıq şirkəti ilə birgə peyvəndləmədən sonra orqanizmdə anticisimlərin müəyyənləşdirilməsi üçün ekspres testi qeydiyyatdan keçirib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, həmin testin nəticəsi 15 dəqiqə ərzində məlum olacaq.

Nəticələrin 96 faiz dəqiqliklə açıqlandığı bildirilir.

Qeyd olunur ki, ekspres testin reagentləri "Sputnik V" vaksininə uyğunlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31