İsmayıllıda kənd yolları yenidən qurulur
19 Aprel 2021 15:20 Sosialİsmayıllı rayonunun Hacıhətəmli İnzibati Ərazi Dairəsi üzrə Hacıhətəmli-Kürd-Eldarbəyli və Gideyli kəndlərinin yollarında yenidənqurma işlərinə başlanılıb. Hazırda xüsusi texnikalar vasitəsi ilə yollarda hamarlanma işlərinə başlanılıb və ilin sonuna kimi tam asvaltlanması nəzərdə tutulub.
"OLAYLAR" Rayon İcra Hakimiyyətindən bildirilib ki, dəniz səviyyəsindən 416 metr yüksəklikdə yerləşən Kürd-Eldarbəyli kəndi rayon mərkəzindən 46 kilometr , dəniz səviyyəsindən 411 metr yüksəklikdə yerləşən Gideyli kəndi isə 45 kilometr cənub qərbdə yerləşir. "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan iş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Ümumilikdə uzunluğu 13 kilometr olan yol, hər iki kənddə yaşayan 1000 nəfərə yaxın əhalinin gediş-gəlişini asanlaşdıracaq.
Hazırda pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyana, ölkəmizin Vətən Müharibəsindən yeni çıxmasına baxmayaraq əvvəldən nəzərdə tutulmuş abadlıq-quruculuq işləri və layihələr plana uyğun davam edir. Bunlar dövlətimizin və iqtisadiyyatımızın güclü olmasının nəticəsidir. Bu gün İsmayıllıda çəkilən hər bir yol sabah bizi Şuşaya, Qarabağımıza apararacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31