78 ədəd akkumulyatoru oğurlayan şəxs yaxalanıb
19 Aprel 2021 15:19 Sosial"SN Telekom" MMC-yə məxsus 78 ədəd akkumulyatoru oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də "SN Telekom" MMC-yə məxsus 78 ədəd akkumulyatoru oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ağacanov saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31