Avtomobillərə qənim kəsilənlər ələ keçiblər

Binəqədi rayonu ərazisində avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a bildirilib ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də rayon ərazisində 2 avtomobildən videoqeydiyyat qurğuları və elektron siqaret oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Qasımov və E.Səfərov saxlanılmışlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31