Avtomobildən 4 kiloqramdan artıq tiryək götürülüb
19 Aprel 2021 14:52 SosialBaş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də Hacıqabul rayonu ərazisində yerləşən YPX-nin stasionar postunda Bakı şəhər sakini X.Nadirovun idarə etdiyi "Opel" markalı avtomobil saxlanılmış və sərnişini - Hacıqabul şəhər sakini R.İbrahimovla birgə Rayon Polis Şöbəsinə təhvil verilmişlər. DİN-dən "Olaylar"a verilən məlumata görə, avtomobilə baxış zamanı oradan R.İbrahimova məxsus 4 kiloqram 180 qram tiryək aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31