Mədə yanması kimi narahatlığı olan oruclu şəxslərə həkim məsləhətləri

Oruc tutan şəxslər mədə yanmasından tez- tez şikayətlənirlər. Bu kimi problemi olanların həkimə müraciət etməsi mütləqdir.

Qastroenteroloq Aysel Əskərova mədə- bağırsaq problemi olanların, əsasən də aktiv xorası olanların oruc tutmasını məsləhət bilmir.  Bu, mövcud vəziyyəti daha da şiddətləndirə bilər.  Aysel Əskərovanın sözlərinə  görə, əgər şəxsdə qastrit kimi problemlər varsa, onda aşağıda sadalananlara əməl etməlidir:

Mədə- bağırsaq problemi olanlar, əsasən də aktiv xorası olanlara məsləhətdir ki, oruc tutmasınlar. Bu, mövcud vəziyyəti daha da şiddətləndirə bilər. 

Qastrit və mədə xorası zamanı medikamentoz müalicə ilə yanaşı həyat tərzinə, qidalanma və digər faktorlara ciddi fikir vermək lazımdır. Baxmayaraq  ki, günümüzdə təsiredici dərmanların istifadəsindən sonra diet əvvəlki  önəmini itirib. Xüsüsi bir pəhriz saxlamadan  və zərərli vərdişləri dəyişdirmədən  qastritin müalicəsi imkansızdır. Bildiyimiz kimi xroniki qastrit mədə xorasının yaranmasına  təkan verir. Ona görə də düzənli yaşam vacibdir. Bir çoxlarına məlum olan ümumi məsləhətləri aşağıda qeyd edəcəm: 
Uzun müddət ac qalmamağa çalışın
Az miqdarda amma tez-tez və eynin saatda qida qəbul edin 
Yeməkdən sonra en az 2-3 saat yatağa girməyin
Çox isti və çox soyuq yemekden qaçın

Stresdən mümkün olduğu qədər uzaq durun
Dar və belinizi sıxan geyimləri seçməyin
Artıq çəkilərdən qurtulun
Siqaret çəkməyi azaldın, mümkünsə tərgidin
Səhər yeməyi mütləq qəbul edin 
Qidalar arasında 3 - 4 saat fasilə verin

Gündəlik qida qəbulu (kiçik porsiyalarla gündə 4,5 öyün)
Qidalar mümkün qədər çox çeynəlilməlidir
Maye qəbulu qida qəbulundan yarım saat sonra olmalıdır
Ədviyyatlı, yağlı, qızarmış, hisə verilmiş qidalardan imtina edilməlidir 
Şirin qidalar və təzə çörək (xüsusilə isti) istifadəsini məhdudlaşdırılmalıdır
Qəhvə və qazlı içkilərdən imtina edilməlidir

Ancaq təzə və keyfiyyətli məhsullar,tərəvəzlər istifadə edilmli Alkoqol və siqaret istifadəsini məhdudlaşdırılmalı 
Çox soyuq və ya isti qidaların qəbulundan qaçınmalı 
Ağrıkəsicilərdən çox ehtiyac olmadığı təqdirdə qaçınmalı 
Margarin yağından imtina edib yerinə bitki yağlar istifadə edilməlidir

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31