AŞ PA-nın yaz sessiyası öz işinə başlayıb
19 Aprel 2021 13:52 SosialAvropa Şurası Parlament Assambleyasının (AŞPA) 2021 ilin yaz sessiyası öz işinə başlayıb. "Olaylar"a xəbər verir ki, bu barədə millət vəkili, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva məlumat verib. Bildirib ki, sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli azlıqlar, Avropa Şurasının strateji prioritetləri, xroniki və uzunmüddətli xəstəliyi olan şəxslərə qarşı ayrı-seçkilik, Avropanın diasporlar üzrə siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31