Ceyhun Bayramov misirli həmkarına başsağlığı verdi
19 Aprel 2021 13:19 SosialAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qahirədə baş verən qatar qəzasında çoxsaylı insan ölümünə görə misirli həmkarına başsağlığı verib. "Olaylar" xəbər verir ki, nazir başsağlığı mətnini tvitter səhifəsində paylaşıb: "Qahirənin şimalında bir çox insanın həlak olması və yaralanması ilə nəticələnən qatar qəzası ilə bağlı xəbərlər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığımızı çatdırır, yaralılara isə tezliklə sağalmalarını arzu edirik", - nazir vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31