Hərbçilərimizin Hadrutda, Cəbrayılda və Bakıda eyni tankla çəkdirdikləri FOTOLAR

Sosial şəbəkələrdə Vətən müharibəsi zamanı və müharibədən sonra döyüşçülərimizin eyni düşmən texnikası ilə çəkilən fotoşəkilləri yayılıb. 

Olaylar.az xəbər verir ki, böyük marağa və müzakirələrə səbəb olan fotolardan birini 3 döyüşçümüz 44 günlük müharibə dövründə Hadrutda 721 nömrəli erməni tankının üzərində çəkdiriblər. Növbəti foto eyni tankın üzərində Bakıda Hərbi Qənimətlər Parkında çəkilib. 

Digər fotoda isə düşmən texnikası fonunda qalib hərbçimiz - polkovnik-leytenant Elçin Salayevdir. Birinci foto ötən il müharibə zamanı Cəbrayılda, ikinci isə Bakıda çəkilib.

​​​​​​​

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31