Daha bir müəllim koronavirusdan öldü
19 Aprel 2021 12:05 SosialBakıda 42 nömrəli məktəbin ibtidai sinif müəllimi Sara Rzayeva koronavirusdan vəfat edib.
Bu barədə müəllimin yaxınları məlumat veriblər. Onların sözlərinə görə, 65 yaşlı müəllim aprel ayının əvvəllərində koronavirusa yoluxub. Aprelin 17-də müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) dünyasını dəyişib.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Təhsil Nazirliyinin qərarı ilə aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris distant formada təşkil olunur. //"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31