Bakıda avtobus ağaca çırpıldı, xəsarət alanlar var - FOTO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən 147 nömrəli texniki-humanitar liseyinin yaxınlığında qeydə alınıb.

Belə ki, "BakuBus" MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JU 240 dövlət qeydiyyat nişanlı "Iveco" markalı sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə 2 nəfər sərnişin xəsarət alıb, sürücünün halı pisləşib.

Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib. // "Report"

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31