Lukaşenko Moskvaya səfər edəcək
16 Aprel 2021 14:18 SosialBelarus Prezidenti Aleksandr Lukaşenko bu ilin aprelində Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, aprelin 16-da Aleksandr Lukaşenko Minskdə Rusiyanın baş naziri Mixail Mişustinlə ikitərəfli görüşün gündəliyini müzakirə edib.
"Biz Putinlə bir çox məsələlər üzrə iş qrafiki barədə razılığa gəlmişik. Təxminən aprelin 22-də Moskvada onunla görüşəcəyik. Bu və başqa problemlərin müzakirəsi ilə bağlı çox ciddi görüş olacaq", - o deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31