Üç ayda 17,6 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

Ölkəmizdə qurulan elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin ilk rübündə e-qaydada 17,6 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki, onlardan 7,7 mini pensiya, 9,9 mini müavinət və təqaüd təyinatları olub. Sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə pensiya, müavinət və təqaüd təyin edilib. E-təyinat sistemləri xüsusilə postmüharibə dövründə şəhid ailələrinə sosial ödənişlərin operativ təyinatına imkan verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31