Bakıda dəhşətli hadisə: 1 yaşlı uşaq anasının qucağında öldü,ana yaralandı
16 Aprel 2021 10:09 SosialBakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Olaylar.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.
Südçülük sovxozu ərazisində 1987-ci il təvəllüdlü Qasımova Sevda Rasim qızı və qucağında olan 1 yaşlı Yusifov Fərid Vəhab oğlunu "BMW" markalı nəqliyyat vasitəsi vurub.
Hadisə nəticəsində 1 yaşlı F.Yusifov ölüb.
Ağır xəsarət alan S.Qasımova isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31