Tibb elmləri doktoru koronavirusdan vəfat etdi - FOTO

Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasının Efferent terapiya mərkəzinin rəhbəri Mehman Ağayev koronavirus infeksiyasından (COVID-19) vəfat edib.

Mehman Ağayev səkkiz il Səhiyyə Nazirliyinin baş nefroloqu işləyib. 

Qeyd edək ki, M.Ağayev 2010-cu ildə Azərbaycan Pespublikasının "Əməkdar Həkimi" fəxri adına layiq görülüb. 

Azərbaycan Tibb Universiteti M.Ağayevin vəfat etməsi ilə bağlı məlumatı oxu.az-a təsdiqləyib. 

Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31