Üç ayda ƏƏSMN-in fəaliyyət sahələri üzrə 150,7 min e-arayış verilib
15 Aprel 2021 16:22 SosialCari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 150,7 min elektron arayış verilib.Nazirlikdən "Olaylar"a bildirilib ki, sosial sahə üzrə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində Nazirlik üzrə son iki ildə 30-dək e-arayış xidməti yaradılıb. Beləliklə, vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta, əlillik, sosial təminat növləri, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları hər hansı quruma müraciət etmədən, real vaxt rejimində e-qaydada əldə edə bilmək imkanı yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31