Bakı-Qazax yolunda dəhşətli hadisə - QADIN ÖLDÜ
13 Aprel 2021 15:44 SosialAprelin 12-də saat 20 radələrində Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Pirkənd kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Olaylar.az xəbər verir ki, Bakı şəhər sakini M.Hüseynov idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən Yevlax şəhər sakini G.Abbasovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31