Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir
13 Aprel 2021 15:39 SosialBu gecə müqəddəs Ramazan ayının ilk gecəsi - niyyət gecəsidir.
Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman 12 ayın sultanı Ramazan ayına başlamış olur.
Hər gün üçün niyyət belə edilir: "Sabah üçün Ramazan orucu tuturam, vacib qürbətən iləllah". Belə niyyət edilirsə, o zaman niyyət hər axşam olmalıdır.
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Hilalın (təzə Ayın) aprelin 13-ü Şam namazı ərəfəsində görünəcəyinə görə Ramazan ayının 1-i miladi təqvimlə 14 aprel 2021-ci il tarixinə təsadüf edəcək.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı təqvimə əsasən, Əhya gecələri 1 may, 3 may, 5 may və 9 may tarixlərinə təsadüf edir.
Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır.