Robert Koçaryan koronavirusa yoluxdu

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan koronavirusa yoluxub.

Olaylar.az xəbər verir ki, bu səbəbdən onun cinayət işi üzrə aprelin 13-də Yerevanda keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

R.Köçəryan və vəkili Aram Vardevanyan məhkəmə zalına gəlməyiblər.

Keçmiş prezidentin digər vəkili Hayk Alumyan məhkəmədə bildirib ki, koronavirusun simptomları olduğundan həkimlər müvəkkilinə COVID-19 testi verməyi tapşırıblar. Onun sözlərinə görə, R.Köçəryanın əhatəsində koronavirusa yoluxma halı qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31