Abşeronda oğurluq edən qadın tutuldu

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, cari il yanvarın 7-də rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl-zinət əşyaları, 2000 manat və 13060 ABŞ dolları oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Qasımova saxlanılıb. teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31