Nazirliyin 31 yaşlı əməkdaşı koronavirusdan vəfat etdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin bir müddət öncə COVID-19 virusuna yoluxan gənc əməkdaşı Oqtay Quliyev vəfat edib.

Olaylar.az xəbər verir ki, Nazirliyin Nərimanov rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı 1990-cı il təvəllüd Oqtay Quliyev müalicə olunduğu xəstəxanada vəfat edib.

O.Quliyev, həmçinin, FHN işçilərinin Həmkarlar İttifaqının üzvü olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31