"Bandotdel" əməliyyat keçirdi — Həbs edilənlər var
10 Aprel 2021 11:34 SosialDaxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cinayətkarlıqla, o cümlədən, narkotik vasitələrin yayılmasının qarşının alınması istiqamətində fasiləsiz və qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən "Olaylar.az"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.
Belə ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Müşfiq Mirzəyev və Nadir Babayev saxlanılıblar.