Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
9 Aprel 2021 16:07 SosialAprelin 10-u səhər saatlarından etibarən paytaxt üzrə iməclik və şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31