Hikmət Hacıyev üç ölkənin media rəhbərləri ilə görüşdü - FOTO

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qırğızıstan, Özbəkistan, Qazaxıstandan olan mediaya məsul nümayəndə heyətləri rəhbərləri ilə görüşüb.

Olaylar.az-ın məlumatına görə, bu barədə Hikmət Hacıyev "twitter" hesabında məlumat verib.

"Qardaş ölkələr Qırğızıstan, Özbəkistan, Qazaxıstandan olan və mediaya məsul nümayəndə heyətləri rəhbərləri ilə görüşdük, bu sahədə əməkdaşlığın inkişafı perspektivlərinə dair ətraflı fikir mübadiləsi apardıq. Müzakirələrimizi sabah Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində davam etdirəcəyik" - deyə paylaşımda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31