"SHARED PAST (ortaq keçmiş) və onun müasir interpretasiyası" onlayn seminar seriyası keçirilir
9 Aprel 2021 15:25 Sosial2021-ci ilin mart ayından etibarən Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası tərəfindən təşkil olunmuş "SHARED PAST (ortaq keçmiş) və onun müasir interpretasiyası" onlayn seminar seriyası keçirilir. Hər görüş 1 saat 30 dəq. davam edir və hər dəfə humanitar elmlərin müxtəlif sahələrində tədqiqatları ilə tanınan alimlər dəvət olunur.
İlk qonağımız:
18 mart 2021
prof. Qorxmaz Quliyev,
Azərbaycan Universiteti,
Azərbaycan, Bakı
Mövzu: Nizami müasir interpretasiyada
İkinci qonağımız:
9 aprel 2021
Prof. Anuar Galiyev
Al_Farabi University,
Almaty, Kazakhstan
Mövzu: Millətlərin formalaşması - Nizamidən Mahmud Kaşqariyə qədər
Növbəti seminarların anonsunu facebook sosial şəbəkəsindəki aşağıdakı səhifədən izləyə bilərsiniz:
BSU Departament of Azerbaijani literature
https://www.facebook.com/groups/876610422449870/?ref=share