İcbari Tibbi Sığorta üzrə büdcəyə 112 milyon manat yığılıb
9 Aprel 2021 14:18 Sosial2021-ci ildən İcbari Tibbi Sığorta yığımlarının tətbiqinə başlanıb. 1-ci rübdə daxilolmalar 112,3 milyon manatdan çox olub (nəzərdə tutulandan 25,5 mln. manat artıq)."Olaylar"ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində deyib. Nazir qeyd edib ki, İcbari tibbi sığorta sistemi əhalinin etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31