Rusiya Baş prokuroru Şəhidlər və Fəxri Xiyabanları ziyarət edib
9 Aprel 2021 13:55 SosialRusiya Federasiyasının Baş Prokuroru İqor Krasnov 8 aprel 2021-ci ildən Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərdədir. Baş Prokurorluqdan "Olaylar"a verilən məlumata görə, bu gün Kamran Əliyev və İqor Krasnov Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Bundan sonra, hər iki ölkənin Baş Prokurorları tərəfindən 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış kompleks ziyarət edilmiş, abidə önünə əklil qoyularaq xatirələri ehtiramla yad olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31