Misirdə 3 min illik itmiş şəhər tapılıb.
Sfera.az xəbər verir ki, Misir araşdırmaları üzrə professor Betsi Bryan Misirdə yeni tapılan qədim şəhəri firon Tutanhamonun məzarından sonra ən böyük arxeoloji kəşf kimi qiymətləndirib.
Misir Tarixi Əsərlər İdarəsi 3 min illik tarixi olan və "itirilmiş qızıl şəhər" adlandırılan antik şəhərin tapıldığını təsdiqləyib.
Qurum tərəfindən edilən yazılı açıqlamada qədim Misir İmperiyası dövründə Luksorda ən böyük inzibati və sənaye məskəni olduğu bildirilən həmin şəhərin firon III Amonhotep tərəfindən salındığı qeyd edilib.
Açıqlamada məsul qrup tərəfindən şəhərin divarlarının demək olar ki, bütöv formada tapıldığı və qədim şəhərin otaqlarında gündəlik həyatda istifadə edilən alətlərin olduğu vurğulanıb.
Antik şəhər ərazisində firon III Amonhotepə məxsus 3 kraliyyət sarayı aşkar edilib və bildirilib ki, yeni qazıntılarda qədim məzarların tapılacağı ehtimal olunur.
sfera





