Azərbaycanlı gənclər üçün yeni imkan

CESD ABŞ-ın PH İnternational ilə birlikdə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "Azərbaycan Gənc Ətraf Mühit Proqramının" icrasına başlayır. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən millət vəkili Vüqar Bayramov qeyd edib ki, proqram çərçivəsində 16-18 yaşlı 10 Azərbaycanlı gəncin bu il Avqustun 21-dən sentyabrın 1-dək Birləşmiş Ştatlara təxminən 2 həftəlik səfəri təşkil olunacaq. Pandemiya ilə bağlı olaraq səfər tarixləri dəyişdirilə bilər. Səfər çərçivəsində bütün xərclər, o cümlədən bilet, qalmaq, qida, viza xərcləri təşkilatçılar tərəfindən ödəniləcək. Səfər zamanı gənclər ABŞ-da ətraf mühitin qorunması mexanizmləri, icmaların rolu kimi məsələlər ilə tanış olacaqlar.

Maraqlanan gənclər aşağıdakı link vasitəsi ilə müraciət edə bilərlər:

https://www.ph-int.org/us/program/264/

Müraciət üçün son tarix bu il aprelin 30-dur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31